Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin növbəti müsahibə mərhələsinə start verilir.
Müsahibədə iştirak etmək istəyən (2023-cü ildə müsabiqənin test mərhələsində iştirak etmiş və 2022-ci ildə müsabiqəni uğurla keçmiş) namizədlər 05 may 2025-ci il tarixdən 08 may 2025-ci il, saat 23:59-dək aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat linki:
https://forms.gle/abG7rN79uAQqMDFZA
Qeydiyyat başa çatdıqdan sonra müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə namizədlərə məlumat veriləcəkdir.
Müraciət üçün verilmiş vaxt bitdikdən sonra namizədlərin test imtahanında topladığı bala əsasən müraciət edənlər arasında ən yüksək bal toplamış namizəd müsahibəyə dəvət ediləcəkdir. Bu namizəd uyğun olmadığı təqdirdə müraciət edənlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd dəvət ediləcəkdir.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifəsi üzrə daimi vakant yerlərin siyahısı:
https://drive.google.com/.../1f3vzllpzu51sZE6KRBN.../view...