Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində şəffaflığı, ədalətli yanaşmanı və çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq təhsil müəssisələrində texniki vəzifələr üzrə mövcud olan vakant yerlər elan olunur.
Təhsil müəssisələrində texniki ştatlar üzrə yaranmış vakansiyalar “Məşğulluq” altsisteminə yerləşdirilir və vakant vəzifələr üzrə işə qəbul üçün müəyyən edilmiş 1 (bir) ay müddətində imtiyazlı şəxs (şəhid ailə üzvü və qazi) müraciət etmədiyi təqdirdə həmin vəzifəyə növbəlilik prinsipi və namizədlərin sosial vəziyyəti əsas götürülərək müəssisələr tərəfindən təyinat həyata keçirilir.
Texniki vəzifələr üzrə işlə təmin olunmaq istəyən vətəndaşlar Dövlət Məşğulluq Agentliyinin “Məşğulluq” altsistemində qeydiyyatdan keçərək, zəruri sənədləri müvafiq təhsil müəssisələrinə təqdim etməlidirlər.
Təhsil müəssisələrində mövcud olan texniki vəzifələr üzrə vakant yerlərin siyahısı: