Qazax-Tovuz Regional Təhsil İdarəsinin müvafiq əmrinə əsasən 2025-ci ilin aprel ayı idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində “Tərbiyə işinin təşkili ayı” elan olunur.
Bu təşəbbüs çərçivəsində təhsil müəssisələrində fəaliyyət göstərən məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsində çalışan əməkdaşlar üçün xüsusi tədbirlər planı hazırlanıb.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlər arasında vətənpərvərlik, sağlam həyat tərzi, mənəvi-əxlaqi dəyərlər və sosial bacarıqların inkişaf etdirilməsidir.