Məktəbəqədər təhsil müəssisələri üzrə müdirlərin və tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə əlaqədar müraciətlərin qəbuluna start verilir.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan müdir və tərbiyəçi-müəllim vəzifələri üzrə yerdəyişmə ilə əlaqədar müraciətlərin qəbuluna start verilir.
Müdir vəzifəsi üzrə yalnız ali pedaqoji təhsilli və həmin müəssisədə müdir vəzifəsində ən azı 3 il işləmiş şəxslər müraciət edə bilərlər.
Müraciətlərə baxılarkən müdirlərlə bağlı aşağıdakı göstəricilər nəzərə alınır:
1) intizam tənbehinin olub-olmaması;
2) rəhbərlik etdiyi müəssisədə nöqsanların olub-olmaması;
3) idarəetmə stajı;
4) təhsil səviyyəsi.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplom) surəti;
- əmək kitabçasının surəti.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan müdir vəzifələri üzrə vakant yerlərin siyahısı:
https://drive.google.com/.../1MbAPB2IcugBfA0gTLi9.../view...
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi ilə bağlı müraciətlərə yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə baxılır.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- təhsil haqqında dövlət sənədinin (diplom) surəti;
- əmək kitabçasının surəti;
- şəhid ailə üzvü olmasını təsdiqləyən sənədin surəti;
- yerdəyişmənin səbəbini təsdiqləyəcək dövlət qurumlarından əldə edilmiş arayışlar (yaşayış yerinin dəyişməsi, yoldaşının iş yerinin dəyişməsi, tibbi göstərişlərə əsasən və s.).
Tərbiyəçi-müəllimlərin yerdəyişməsi zamanı bir vakant yerə birdən çox müraciət olduqda namizədlərə aşağıdakı ardıcıllıqla üstünlük verilir:
- şəhid ailəsi üzvlərinə;
- daha yüksək təhsil pilləsini (səviyyəsini) bitirənlərə;
- pedaqoji stajı daha çox olan tərbiyəçi-müəllimlərə.
Qeyd: Qeyri-ixtisaslı tərbiyəçi-müəllimlər yaşayış yerindən asılı olmayaraq yerdəyişmədə iştirak edə bilməz.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifələri üzrə vakant yerlərin siyahısı:
https://drive.google.com/.../1ZZCGAGLeCGR3TWCi2nW.../view...
Qeyd edək ki, yerdəyişmədə iştirak etmək istəyən bağça müdirləri və tərbiyəçi-müəllimlər 02 aprel 2025-ci il tarixindən 15 aprel 2025-ci il tarixinədək, saat 10:00-dan 17:00-a kimi (yalnız iş günlərində) Qazax-Tovuz Regional Təhsil İdarəsinə (Şəmkir şəhəri, Nizami küçəsi 71) yaxınlaşaraq lazımi sənədləri təqdim edə bilərlər.