Qazax-Tovuz Regional Təhsil İdarəsi əvvəlki illərdə ümumi təhsil müəssisələrində oxuyub, ümumi orta və tam orta təhsil səviyyəsini bitirə bilməyən şəxslər üçün 26 yanvar 2025-ci il tarixdə Eksternat qaydada imtahan təşkil edəcək.
Eksternat qaydada aralıq imtahanlarında Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyərək müraciət edərək qeydiyyatdan keçmiş şəxslər iştirak edəcəklər.
İmtahana qeydiyyat 9:00-da başlayacaq. İmtahana gələcək vətəndaşlar 10:00-dan gec olmayaraq imtahan keçiriləcək ünvanda olmalıdır. Şəxsiyyət vəsiqəsini özü ilə gətirməyən şəxslər imtahana buraxılmayacaq.
Aralıq imtahanda uğur qazanmış Eksternlər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi və tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
Əlavə sualı olan vətəndaşlar Qazax-Tovuz Regional Təhsil İdarəsinin 146-0-8 Çağrı mərkəzinə zəng edərək ətraflı məlumat ala bilərlər.
İmtahan mərkəzi: Şəmkir şəhər M.Füzuli adına təbiət və humanitar fənlər təmayüllü məktəb-lisey (Ünvan: Şəmkir şəhəri, Fərid Əhmədov küçəsi 34)
İmtahan tarixi: 26 yanvar 2025-ci il
İmtahanın başlama vaxtı: 11:00