Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinə metodistlərin işə qəbulu üzrə müsabiqəyə start verilir.
2024-2025-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində vakant olan metodist vəzifələrinə işə qəbul üzrə elektron sənəd qəbulu mərhələsi başlayır. Elektron sənəd qəbulu mərhələsi 18 -29 noyabr tarixlərini əhatə edəcəkdir. Müsabiqədə iştirak etmək istəyən namizədlər 18 noyabr saat 11:00-dan 29 noyabr saat 11:00-dək aşağıdakı keçiddən istifadə etməklə qeydiyyatdan keçə bilərlər.
https://forms.gle/ST7DrQ4j3xQJUQHP7
Metodistlərin işə qəbulu üçün əsas tələblər:
- məktəbəqədər təhsil üzrə ali təhsil;
- 10 ildən az olmayaraq pedaqoji staj.
Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz.
Vakansiya linki:
https://drive.google.com/.../13hx0a0VvlXl1OEyqEPG.../view...
Müsabiqə yalnız müsahibə mərhələsindən ibarətdir və mərkəzləşdirilmiş qaydada keçiriləcəkdir.
Müsahibə mərhələsi zamanı namizədlərin bilik və bacarıqlarının qiymətləndirilməsi aparılacaqdır.
Namizədlərin məktəbəqədər təhsil sahəsindəki biliklərinin qiymətləndirilməsi, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən hazırlanan “Məktəbəqədər təhsildə metodist vəzifəsi üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin qiymətləndirmə çərçivəsi” sənədində qeyd olunan mövzu və istiqamətlərə əsaslanacaqdır. Çərçivə sənədi ilə tanış olmaq üçün aşağıdakı linkə keçid edin.
https://www.arti.edu.az/nod/upload/editor/files/Metodist.pdf
Əlavə olaraq, namizədlərin aşağıdakı səriştələr üzrə də qiymətləndirilməsi həyata keçiriləcəkdir:
• Effektiv kommunikasiya qurma bacarığı;
• Münaqişələrin həlli;
• İnnovativlik;
• Metodik dəstək və rəhbərlik bacarığı;
• Pedaqoji bacarıqlar.