25.09.2024

Təhsil müəssisələrində vakant olan vəzifələrə işə qəbul üzrə müsabiqə elan edilir

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində hazırda vakant olan laborant, katibə-kargüzar, uşaq birliyi təşkilatının rəhbəri (UBTR), kitabxana müdiri və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqə 3 mərhələdən (qeydiyyat, test və müsahibə) ibarət olacaq.

Qeyd edilən vakant vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 26 sentyabr 2024-cü il tarixindən 02 oktyabr 2024-cü il tarixinədək, saat 10:00-dan 17:00-a kimi Qazax-Tovuz Regional Təhsil İdarəsinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Laborant, katibə-kargüzar və uşaq birliyi təşkilatının rəhbəri (UBTR) vəzifələri üzrə qeydiyyat zamanı tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- təhsil haqqında sənədin surəti.

Kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə qeydiyyat zamanı tələb olunan sənədlər:

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- təhsil haqqında sənədin surəti.

- əmək kitabçasının surəti.

Tələblərə uyğun namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar.

Test imtahanında laborant və katibə-kargüzar vəzifələri üzrə qeydiyyatdan keçmiş namizədlərə İKT (informasiya və kommunikasiya texnologiyaları) biliklərinin yoxlanılması və məntiq üzrə hər birinə aid 20 sual olmaqla, ümumilikdə 40 test tapşırığı, uşaq birliyi təşkilatının rəhbəri (UBTR), kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə qeydiyyatdan keçmiş namizədlərə “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na müvafiq olaraq qanunvericilik üzrə 20 sual, İKT biliklərinin yoxlanılması və məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir.

Hər bölmə üzrə təqdim olunan sualların 50 faizini düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

- Vəzifə üzrə nəzəri biliklər;

- Şəxsi keyfiyyətlər;

- İKT bacarıqları.

Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:

Vakansiya linki:

https://drive.google.com/.../1TqZQV90vZ5B-AdD1Aco.../view...