29.12.2023

Tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək

08-12 yanvar 2024-cü il tarixlərində Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan tərbiyəçi-müəllim vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək.

Müsahibə mərhələsinə müsahibə üçün qeydiyyatdan keçmiş və müsabiqənin test imtahanı mərhələsində ən yüksək bal toplamış namizədlər dəvət edilmişdir.

Qeyd edək ki, seçilmiş vakansiya üzrə balı yüksək olan namizəd müsahibədə uğur qazanmadığı halda, qeydiyyatdan keçmiş digər namizədlər arasından bal sıralamasına uyğun olaraq növbəti namizəd müsahibəyə dəvət ediləcəkdir.

Bu barədə məlumat namizədlərin əlaqə nömrələrinə göndəriləcəkdir.

Müsahibə Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında (Şəmkir şəhəri, Nizami küçəsi 71) keçiriləcəkdir.