21.09.2023

Direktor müavini və təşkilatçıların işə qəbulu üzrə müsabiqə elan edilir

Direktor müavini və təşkilatçıların işə qəbulu üzrə müsabiqə elan edilir

 

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanılması, test və müsahibə) ibarət olacaq.

Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 22 sentyabr 2023-cü il tarixindən Qazax-Tovuz Regional Təhsil İdarəsinə yaxınlaşmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat prosesi sentyabrın 28-də başa çatacaq.

Tələb olunan sənədlər:

- kadrlar uçotunun şəxsi vərəqəsi;

- 3x4 şəkil;

- şəxsiyyəti təsdiq edən sənədin surəti;

- əmək kitabçasının surəti;

- ali təhsil haqqında sənədin və əlavənin surəti.

Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 3 ildən az olmayaraq pedaqoji staj;

- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə pedaqogika və metodika, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim edilir.

Sualların yarısını düzgün cavablandırmış namizədlər növbəti mərhələyə buraxılırlar.

Test imtahanından uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ əldə edəcəklər.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

- Vəzifə üzrə praktiki biliklər;

- İdarəetmə bacarıqları;

- Şəxsi keyfiyyətlər.

Aşağıdakı keçid vasitəsilə vakant yerlərin siyahısı ilə tanış ola bilərsiniz:

Vakansiya linki: https://drive.google.com/.../1vdFpYjTPCo3PYASr68m.../view...