27.01.2017

Buraxılış imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanı təşkil olunub.

Şəmkir Rayon Təhsil Şöbəsi, Şəmkir Rayon İcra Hakimiyyəti və Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların buraxılış imtahanlarına hazırlıq məqsədi ilə sınaq imtahanları təşkil olunub.

Ətraflı
23.01.2017

Məktəblərarası voleybol idmanı üzrə zona yarışları keçirilib

Şəmkir rayonunun ümum təhsil müəssisələrində oğlanlar arası voleybol idmanı üzrə zona yarışları keçirilib.

Ətraflı
19.01.2017

Ümumxalq Hüzn Gününə həsr olunan silsilə tədbirlər keçirilib

Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə Şəmkir rayonunun təhsil müəssisələrində  20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Ətraflı
17.01.2017

"Riyaziyyat dəqiq elm" adlı bilik yarışı keçirilib

Yanvarın 17-də Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 6-cı sinif şagirdləri arasında "Riyaziyyat dəqiq elm" adlı bilik yarışı keçirilib.

Ətraflı
16.01.2017

20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib

Yanvarın 16-da Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbdə Şəmkir Rayon Gənc Müəllimlər Birliyinin əməkdaşlığı ilə 20 Yanvar- Ümumxalq Hüzn Günü ilə əlaqədar tədbir keçirilib.

Ətraflı
16.01.2017

Təhsil naziri Şirvanda vətəndaşları qəbul edib

Yanvarın 16-da təhsil naziri Mikayıl Cabbarov Şirvan şəhərindəki Olimpiya İdman Kompleksində Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edib.

Ətraflı
15.01.2017

Respublika fənn olimpiadasının rayon turu keçirildi

Yanvar ayının 15-də Şəmkir rayonunun Nizami və Ə.Cavad adına tam orta məktəblərində rayon ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə fənn olimpiadasının rayon turu keçirilib.

Ətraflı
13.01.2017

Fənn olimpiadalarının rayon turuna hazırlıqla bağlı yekun iclas keçirilib.

Azərbaycan Respublikası Təhsil Nazirinin “Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi  Qaydaları”nda dəyişikliklərin edilməsi barədə 29.XII.2016-cı il tarixli 862 №-li əmrini əsas tutaraq, yanvarın 13-də Şəmkir Rayon Təhsil Şöbəsində fənn olimpiadalarının rayon turunun təkili ilə bağlı şöbənin əməkdaşlarına göstərişlər verilib.

Ətraflı
10.01.2017

Respublika fənn olimpiadalarına start verilir

Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək.

Ətraflı
10.01.2017

2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə

Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur.

Ətraflı
09.01.2017

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.

Ətraflı
09.01.2017

Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
26.12.2016

"Biologiya" adlı bilik yarışı keçirilib

 Dekabrın 26-da Şəmkir rayon Qaralar  kənd Ayaz Bağırov adına tam orta məktəbin 7, 8, 9-cu sinif şagirdləri arasında dünya azərbaycanlılarının həmrəylik günü və müstəqilliyimizin 25 illiyi münasibəti ilə "Biologiya" adlı bilik yarışı keçirilib.

Ətraflı
23.12.2016

Təhsil şöbəsinin əməkdaşları ilə müvafiq seminar keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyi  IX siniflərin builki buraxılış imtahanlarının forma və məzmununda edilən dəyişikliklərlə  ilə bağlı kifayət qədər sualların olacağnı nəzərə alaraq bölgələrdə  təhsil işçilərinin maarifləndirilməsinin təşkili barədə Təhsil Şöbələrinə müvafiq göstəriş verib.

Ətraflı
21.12.2016

Ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklər edilib

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Şəmkir Rayon Təhsil Şöbəsi məktəb direktorları və onların müavinləri ilə konfrans keçirib.

Ətraflı