21.11.2018

Məktəblərdə ağacəkmə aksiyası davam edir

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında Şəmkir rayon ümumi təhsil məktəblərində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.

Ağacəkmə aksiyasında Şəmkir Rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə keçirilən aksiyanın məqsədi gənc nəslə ətraf mühitin qorunması, ekoloji tərbiyənin gücləndirilməsi və təbiətə qayğı hissi aşılamaqdır. 

Bir həftə davam edəcək aksiyada təbii xüsusiyyətlər nəzərə alınaraq, 100 min şam, sərv, tuya, tut, badam, qoz, çinar, qovaq və digər ağacın əkilməsi nəzərdə tutulur.


Açar sözlər: ,