“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsində şəmkirli məktəblilər Lənkəran, Masallı və Astara rayonlarına yola düşüblər.
Məktəblilər Lənkəran, Masallı və Astara rayonlarının tarix və mədəniyyət abidələri, muzeyləri, turizm infrastrukturu və sosial-iqtisadi inkişafı ilə yaxından tanış olublar.
Məktəblilər Masallı şəhərində yeləşən Heydər Əliyev Mərkəzi, Tarix Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət məktəbi, Bayraq Meydanı, Dövlət Rəmzləri Muzeyi və ASAN Həyat kompleksi, Astara şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, Gənclər evi, Astara şəhər Bulvarı, Yanar Bulaqla tanış olublar. Daha sonra məktəblilər Astaraçay fabrikində olub.
"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində şəmkirli məktəblilərin cənub bölgəsinə səfəri bu gün yekunlaşır. Səfər çərçivəsində Şəmkir nümayəndə heyəti son olaraq Lənkəran şəhəri ilə ətraflı tanış olublar. Onlar Lənkəranda yerləşən Heydər Əliyev Mərkəzi, Həzi Aslanovun ev müzeyi, Mayak binası, Gənclər Mərkəzi, Bayraq Meydanı, Xanbulançay su anbarı, Hirkan Milli Parkı, sitrus meyvələri bağı və çay plantasiyalarında olublar.
Şəmkirli məktəblilər həmçinin Lənkəran şəhərində “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Respublikanın 12 şəhər və rayonları arasında keçirilən "Nə? Harda? Nə zaman?" intellektual oyununda iştirak ediblər.