14.07.2025

Musiqi rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə prosesinə start verilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində vakant olan musiqi rəhbəri vəzifələrinə işə qəbul üzrə müsabiqə prosesinə start verilib.

Müsahibə mərhələsində namizədlərə 15-20 dəqiqə vaxt ərzində ixtisas, uşaq psixologiyası və pedaqogika, həmçinin təhsil qanunvericiliyi üzrə açıq və praktik suallar verilir. Bundan əlavə, müsahibə zamanı namizədin musiqi alətində ifa etmək bacarığı da yoxlanılır.

Qeyd edək ki, müsahibədən uğurla keçən namizədlər müvafiq vakant yerlərə yerləşdiriləcəklər.

Məlumat üçün bildirik ki, müsahibə prosesi 15-17 iyul aralığını əhatə edəcək.