“Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 04 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmri ilə nazirliyin təsdiq edilmiş İş planına əsasən iyul ayının 11-də Şəmkir şəhərində “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib.
Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdir müavini - Xəqani Qurbanov, Azərbaycan Respublikası Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və peşə hazırlığının təşkili şöbəsinin rəisi, hüquq üzrə fəlsəfə doktoru - Nigar Qələndərli, Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mütəxəssis təhlili şöbəsinin rəis müavini - Kamil Kamilli, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru - Ziya Hacıyevin, Şəmkir rayon prokuroru - Azər Hətəmovun, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və İnformasiya təminatı idarəsinin prokuroru - İlkin Babazadə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və İdarə əməkdaşları iştirak ediblər.
Çıxış edənlər “Təhsil sahəsində korrupsiya hüquqpozmalarına qarşı qabaqlayıcı tədbirlərin əhəmiyyəti”, “Korrupsiyanın mahiyyəti və onun cəmiyyətə təsiri, ona qarşı mübarizənin zəruruliyi”, “Korrupsiyaya qarşı mübarizə sahəsində preventiv tədbirlərin nəticəsi” və digər mövzular üzrə geniş məlumat veriblər.
Sonda qarşılıqlı fikir mübadiləsi aparılıb və təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.