04.07.2025

Yeni təyin olunan direktorlarla görüş keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlarla görüş keçirilib.

Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, idarənin digər əməkdaşları və yeni təyin edilən məktəb direktorları iştirak ediblər.

Qazax-Tovuz RTİ-nin müdiri Vüqar Dadaşov çıxış edərək yeni təyin olunan direktorları təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. O, çıxışında məktəb direktorlarının üzərinə düşən məsuliyyətli və şərəfli vəzifədən danışaraq rəhbərlik etdikləri təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, pedaqoji kollektivdə sağlam iş mühitinin formalaşdırılması və şagirdlərdə vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət kimi keyfiyyətlərin aşılanmasının vacibliyini vurğulayıb.

Eyni zamanda, direktorların müasir idarəetmə prinsiplərinə yiyələnmələrinin, şəffaflığın təmin olunmasının, müəllim-valideyn-şagird münasibətlərinin düzgün qurulmasının əhəmiyyəti qeyd olunub.

Daha sonra görüş iştirakçılarının sualları cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb və aktual məsələlər ətrafında müzakirələr təşkil olunub.


Açar sözlər: ,  ,