25.06.2025

Təhsilverənlərin etik davranış qaydaları mövzusunda 7 mərkəzdə görüşlər keçirilib

Şəmkir rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə təhsilverənlərin etik davranış qaydaları mövzusunda 7 mərkəzdə görüşlər keçirilib.

Görüşlərdə müəssisə rəhbərləri, təşkilatçı, UBTR, təsərrüfat müdiri və metodbirləşmə rəhbərlərinin iştirakı ilə 980 nəfər iştirak edib.

Görüşlərdə müəllimin etik davranışı, ədalətli münasibət, vicdanlı qərarlar və şagirdlərə hörmətlə yanaşma gənc nəslin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığı qeyd edilib.

Yeni qaydalar təhsil işçilərinin diqqətinə çatdırılıb, onları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: