18.06.2025

Voleybol üzrə regional birinciliyinin final mərhələsi keçirilib

Təhsil işçiləri arasında voleybol üzrə regional birinciliyinin final mərhələsi keçirilib.

Turnirin əsas məqsədi ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini təbliğ etmək, sağlam həyat tərzinin təşviqi, kollektiv ruhunun gücləndirilməsi, təhsil işçiləri arasında idmana marağın artırılması, əməkdaşlığın inkişaf etdirilməsidir.

Turnirin nəticəsinə əsasən Tovuz rayonunun komandası I, Gədəbəy rayonunun komandası ll, Şəmkir rayonunun komandası isə lll yerə layiq görülüblər.

Qalib komandalar Qazax-Tovuz Regional Təhsil İdarəsinin diplom və hədiyyələri ilə təltif olunublar.