18.06.2025

Vətəndaş qəbulu keçirilib

İyunun 18-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması və digər məsələlərlə bağlı müraciətlər ediblər.

İdarə müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aidiyyəti üzrə struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.

Qeyd edək ki, vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: