İyunun 14-də ümumtəhsil məktəblərində “Son zəng” tədbiri qeyd olunur.
2024-2025-ci tədris ilində Qazax-Tovuz Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə 6451 nəfər şagird məzun olur.
Bu il həmçinin 9138 nəfər IX sinfi, 7632 nəfər isə birinci sinfi bitirir.
2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 6390 uşaq təhsil alıb.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində Qazax-Tovuz Regional Təhsil idarəsin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalanların sayı 97 864 nəfər təşkil edib.