Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində "İnsan hüquqları aylığı" ilə bağlı tədbirlər keçirilib.
Tədbirlərdə "İnsan hüquqları aylığı "çərçivəsində maarifləndirici söhbət aparılıb. İnsan və vətəndaş hüquq, azadlıqlarının qorunması ona əməl edilməsi, habelə çatışmazlıqların, pozuntuların aşkar edilməsi, pozulmuş hüquqlarının bərpası və qarşısının alınması məsələlərinə toxunulub.
Qeyd edək ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd insan hüquqlarının və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.