13.06.2025

“Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda maarifləndirici tədbirlər təşkil edilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizə üzrə maarifləndirmə” mövzusunda maarifləndirici tədbirlər təşkil edilib.

Tədbirlərdə təhsil sektorlarının əməkdaşları, müəssisə rəhbərləri və təhsil müəssisələrinin digər işçiləri iştirak ediblər.

Görüşlərin keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasının təmin edilməsi, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və şəffaf mühitin yaradılmasıdır.

Marifləndirici tədbirdə korrupssiyanın törətdiyi faciələr, xoşagəlməz hadisələrdən, təhsil sahəsində korrupsiya hüquqpozmaları və digər qanun pozuntulardan bəhs edib.

Görüşün sonunda müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,