12.06.2025

"Konstitusiyamızın banisi- Heydər Əliyev" adlı esse yazı müsabiqəsinin rayon mərhələsi keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş "Konstitusiyamızın banisi- Heydər Əliyev" adlı esse yazı müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsini və konstitusiya quruculuğundakı əvəzsiz rolunu təbliğ etmək, eyni zamanda şagirdlərdə vətənpərvərlik hissini gücləndirmək, onların tənqidi və yaradıcı təfəkkür, yazı bacarığını inkişaf etdirməkdir.

Məlumat üçün bildiririk ki, regionu əhatə edən hər rayon üzrə esseləri fərqlənən 5 şagird final mərhələsində iştirak edəcək.

Qalib olan şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılacaq.


Açar sözlər: ,