04.06.2025

"H2 Grand Prix Pro" yarışının Respublika turniri həyata keçirilib

STEAM Azərbaycanın təşkilatçılığı ilə "H2 Grand Prix Pro" yarışının Respublika turniri həyata keçirilib.

Turnirdə ölkənin müxtəlif regionlarından 20-dən çox komanda hidrogen enerjisi ilə işləyən avtomobillərlə bacarıqlarını nümayiş etdirib.

Komandalar həm sürət, həm də enerji səmərəliliyi və texniki yaradıcılıqda yarışıb. Məktəblilərimiz texnologiya və mühəndislik sahəsində parlaq ideyalarını gerçəkləşdiriblər.

Tovuz STEAM Mərkəzinin SPEED SWİCH adlı komandası yarışda qalib olaraq beynəlxalq mərhələyə vəsiqə qazanıblar. Komandanı təbrik edir, beynəlxalq mərhələdə uğurlar arzulayırıq.


Açar sözlər: ,