Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün müsahibələri yekunlaşıb.
Müsahibə zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılıb. Eləcə də müsahibədə valideynin iştirakı da təmin olunub.
Məlumat üçün bildiririk ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan bölmələr üzrə birinci siniflərinə qəbulla bağlı təşkil olunan müsahibələr Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələri üzrə 19-29 may tarixlərini əhatə edib.
Müsahibədən uğurlu nəticə əldə edən uşaqların valideynləri iyunun 17-dən sentyabrın 12-dək məktəb və müəllim seçimi edə bilərlər.