27.05.2025

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə tədbir təşkil edilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində 28 May - Müstəqillik Günü münasibətilə Qazax-Tovuz Regional Təhsil İdarəsi və ATİAHİ-nin Şəmkir Rayon Komitəsi tərəfindən tədbir təşkil edilib.

Tədbirdə Şəmkir rayonu üzrə təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri, qazilər və müəssisə rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən idarə müdiri Vüqar Dadaşov iştirakçıları 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. Azad və suveren dövlətə sahib olmağın yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olduğunu vurğulayıb. Daha sonra o, çıxışında XX əsrin əvvəllərində müstəqilliyin bərpası, 1993-cü ildən sonra dövlət quruculuğu, müstəqilliyin möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib, 44 günlük Vətən müharibəsində tarixi qələbə və nəhayət 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütovlüyü və suverenliyinin bərpa olunduğunu qeyd edib. Ölkəmizin hər bir vətəndaşının bu şanlı tarixlə fəxr etdiyini və bu ruhun gələcək nəsillərə aşılanmasının vacibliyini vurğulayıb.

Tədbirin sonunda "Kim? Harada? Nə zaman?" intellektual yarışında qalib olmuş təhsil işçilərinə Azad Həmkarlar İttifaqının Şəmkir Rayon Komitəsinin Təşəkkürnamə və hədiyyələri təqdim olunub.


Açar sözlər: