Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə PISA 2025 Beynəlxalq Qiymətləndirməsi uğurla yekunlaşıb.
13-27 may tarixlərində təşkil edilən qiymətləndirməyə Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrindən 393 nəfər şagird cəlb edilib.
İmtahan prosesi beynəlxalq standartlara uyğun şəkildə, şəffaflıq və texniki göstəricilər nəzərə alınmaqla təşkil olunub.
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq qiymətləndirmə proqramıdır şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ölçməyi hədəfləyir.