Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov basketbol idman növü üzrə fəaliyyət göstərən bir qrup məşqçi-müəllimlə görüş keçirib.
Görüşdə əsas məqsəd ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında basketbol idman növünə marağın artırılması, sağlam həyat tərzinin təşviqi və məktəblilərin fiziki inkişafına yönəlmiş tədbirlərin effektivliyinin qiymətləndirilməsi olub.
Vüqar Dadaşov çıxışında məktəblərdə idmanın təbliğinin şagirdlərin həm fiziki, həm də psixoloji sağlamlığı baxımından vacibliyini vurğulayıb. O, basketbolun uşaqlarda komanda ruhunun formalaşmasında, liderlik qabiliyyətlərinin inkişafında və asudə vaxtın səmərəli təşkilində mühüm rol oynadığını qeyd edib.
Ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında basketbol idman növünə marağın və kütləviliyin artırılması, sağlam həyat tərzinin aşılanması məqsədi ilə maariflənmə prosesinin gedişatı ilə maraqlanıb, bu istiqamətdə bəzi zəruri məsələlər müzakirə olunub.