Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrindən ali təhsil müəssisələrinə sənəd vermiş abituriyentlərlə görüş təşkil edilib. Görüşdə şagirdlərə Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və ixtisasları barədə məlumat verilib. Qarabağ Universitetini seçəcək tələbələr üçün ediləcək güzəştlər və ixtisas seçimləri barədə danışılıb.
Görüş zamanı Qarabağ Universitetində təhsilalanlar və akademik heyət üçün fərqli, müasir mühitin formalaşdırılacağı, universitet kampusunda bütün xidmətlərin veriləcəyi diqqətə çatdırılıb. Sonda şagirdlərin sualları cavablandırılıb.