26.05.2025

“Konstitusiya və Suverenlik ili” çərçivəsində məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin yekun tədbiri keçirilib

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, onların yaradıcılıq potensialının üzə çıxarılması məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti, Şəmkir rayonu üzrə təhsil sektoru və Şəmkir rayonu üzrə Mədəniyyət Sektorunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində məktəblilər arasında keçirilən rəsm müsabiqəsinin yekun tədbiri baş tutub.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsinin mühüm ictimai-siyasi əhəmiyyətindən danışaraq, bu kontekstdə keçirilən belə tədbirlərin ideoloji və tərbiyəvi baxımdan mühüm rol oynadığını qeyd edib. O, məktəblilərin çəkdiyi rəsmlərdə dövlətçilik ideyalarının və milli dəyərlərin əks olunmasını yüksək qiymətləndirib və iştirakçılara uğurlar arzulayıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov çıxışında "Konstitusiya və Suverenlik ili" çərçivəsində təhsil müəssisələrində həyata keçirilən layihələr barəsində məlumat verib. Yaradıcılığın, xüsusilə də təsviri sənətin uşaqların estetik zövqünün formalaşmasında əvəzsiz rolunu vurğulayıb.

Yekunda müsabiqənin qaliblərinə Təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim olunub. Tədbir çərçivəsində təşkil olunan sərgidə qaliblərin və iştirakçıların əsərləri nümayiş olunub.


Açar sözlər: ,