“Qərbi Azərbaycana qayıdış” olimpiadasının yarımfinal mərhələsi keçirilib.
İştirakçılara Qərbi Azərbaycan tarixi və mədəniyyətinə dair müxtəlif sahələri əhatə edən suallar təqdim edilib.
Məlumat üçün bildiririk ki, Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə yarımfinal mərhələsinə 90 şagird vəsiqə qazanıb.
IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.