23.05.2025

Şəmkirdə gənc müəllimlərlə görüş keçirilib

Mayın 22-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşkilatçılığı və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin dəstəyi ilə Şəmkir rayonu təhsil müəssisələrində fəaliyyət göstərən gənc müəllimlərlə görüş keçirilib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, Şəmkir rayonu üzrə təhsil sektorunun müdiri Elşən Ələsgərov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, eləcə də təhsil müəssisələrində çalışan gənc müəllimlər iştirak edib.

Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov son illərdə ölkədə müəllimlərin fəaliyyətinin stimullaşdırılması, onların peşəkar bilik və bacarıqlarının artırılması, eləcə də müəllim nüfuzunun cəmiyyət arasında yüksəldilməsi istiqamətində atılan addımlar haqqında danışıb. O, hər il təhsil sisteminə yeni qoşulan gənc müəllimlərin sayının artmasının bu peşəyə olan inam və dəyərin göstəricisi olduğunu vurğulayıb.

"Yeni dövrün müəllimi necə olmalıdır?, "Uğurlu müəllim karyerası: ilk illərdən başlanır", "Sinifdən kənar müəllim: fərq yaradan təşəbbüslər" mövzuları ətrafında səmimi fikir mübadiləsi aparılıb.

Tədrisin keyfiyyətinin yüksəkdilməsi istiqamətində bir sıra vacib qərarlar qəbul olunub.

Görüş zamanı gənc müəllimlər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində milli-mənəvi dəyərlərə sadiq, yaradıcı düşüncəyə malik və vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində səylərini əsirgəməyəcəklərini söyləyiblər.

Qeyd edək ki, bu cür görüşlərin Qazax-Tovuz Regional Təhsil İdarəsi əhatə edən digər rayonlarda da təşkili nəzərdə tutulub.


Açar sözlər: