Mayın 17-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual məktəb çempionatının Qazax-Tovuz RTİ üzrə zona mərhələsi keçirilib.
VIII-X siniflərin iştirak etdiyi yarışda Şəmkir, Tovuz, Qazax, Gədəbəy, Ağstafa rayonlarının və Şəmkir şəhər kimya-biologiya təmayüllü liseyin komandaları iştirak edib. Gərgin keçən mübarizə nəticəsində Qazax komandası zona mərhələsinin qalibi olub.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual və yaradıcı bacarıqlarının inkişafına dəstək vermək, analitik düşünmə qabiliyyətlərini artırmaq və onların asudə vaxtlarını səmərəli şəkildə təşkil etməkdir.