Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin IV və VI sinif şagirdləri ilə görüşlər təşkil olunub.
Görüşlərin əsas məqsədi şagirdləri psixoloji baxımdan monitorinqlərə hazırlamaq, onlarda motivasiyanı artırmaq, özünəinam hissini gücləndirmək və ruh yüksəkliyi yaratmaqdır.
Görüşlər zamanı şagirdlərlə söhbətlər aparılıb, onların fikirləri dinlənilib, düşüncə və hisslərinə diqqət yetirilib. Eyni zamanda, şagirdləri maraqlandıran suallar cavablandırılıb, onları narahat edən məqamlarla bağlı izah və tövsiyələr verilib.
Bu cür qarşılıqlı ünsiyyət şagirdlərdə müsbət emosional vəziyyətin formalaşmasına, özlərinə inam hissinin güclənməsinə və qarşıdakı monitorinqlərə daha hazırlıqlı və arxayın şəkildə yanaşmalarına təkan verir.