16.05.2025

IV və VI sinif monitorinqlərinə və “Son Zəng” tədbirlərinə dair onlayn görüş keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin təşəbbüsü ilə tabeliyindəki ümumtəhsil müəssisələrində IV və VI siniflər üzrə keçiriləcək monitorinqlərə və “Son Zəng” tədbirlərinə hazırlıqla bağlı onlayn formatda görüş təşkil olunub.

Görüşdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov və sektor müdirləri iştirak ediblər.

Görüş zamanı idarə müdiri Vüqar Dadaşov monitorinqlərin təşkili ilə bağlı ümumi vəziyyət, hazırlıq mərhələləri və məktəblərin hazırlıq vəziyyəti ilə maraqlanıb. O, monitorinqlərin düzgün və şəffaf şəkildə keçirilməsinin vacibliyini vurğulayaraq bu prosesin şagirdlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından önəmini qeyd edib.

Bununla yanaşı, “Son Zəng” tədbirlərinin müvafiq təlimat və normativ sənədlərə uyğun şəkildə, təhlükəsizlik qaydalarına riayət olunmaqla keçirilməsinin vacibliyi vurğulanıb. İdarə müdiri tədbirlərin sadə, səmərəli və çərçivədən kənara çıxmadan təşkil olunmasının əhəmiyyətinə toxunub.

Görüşün sonunda sektor müdirlərini maraqlandıran suallar cavablandırılıb, fikir mübadiləsi aparılıb və müvafiq tövsiyələr verilib.


Açar sözlər: ,