Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunun nəticələri elan edilib.
Şagirdlər nəticələrini www.portal.edu.az saytındakı şəxsi kabinetləri və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən öyrənə bilərlər.
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə 8 şagird Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının, 34 şagird isə Məktəblilərarası fənn müsabiqələrinin final mərhələsinə vəsiqə qazanıb.
Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin final turu 31 may tarixində təşkil ediləcək. Lütfi Zadə olimpiadasında şagirdlər 25 qapalı sual üzərindən biliklərini nümayiş etdirəcəklər. Məktəblilərarası fənn müsabiqələrində isə şagirdlərə 15 açıq tipli sual təqdim ediləcək.