14.05.2025

Vətəndaş qəbulu keçirilib

Mayın 14-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov vətəndaşları qəbul edib.

Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, dərs saatlarının artırılması, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Qeyd edək ki, vətəndaş qəbulunun keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, vətəndaşları maraqlandıran məsələlərə operativ reaksiya vermək, təhsil müəssisələrində sağlam və şəffaf mühit formalaşdırmaqdır.


Açar sözlər: