PISA 2025 Beynəlxalq Qiymətləndirməsinə start verilib.
Qiymətləndirmənin ilk mərhələsində Gədəbəy və Ağstafa rayon məktəblərində təhsil alan şagirdlər iştirak ediblər.
13 və 14 may tarixlərində ümumilikdə 91 nəfər şagird qiymətləndirməyə cəlb edilib. İmtahan prosesi beynəlxalq standartlara uyğun şəkildə, şəffaflıq və texniki göstəricilər nəzərə alınmaqla təşkil olunub.
Qeyd edək ki, PISA (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən həyata keçirilən beynəlxalq qiymətləndirmə proqramıdır şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ölçməyi hədəfləyir.