Mayın 13-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Şəmkir rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib, sektor əməkdaşları ilə tanış olub.
Sonra Şəmkir şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasında olan idarə müdiri bağçanın mövcud vəziyyəti, uşaqların qidalanma rejimi, infrastrukturu ilə yaxından tanış olub.
O, həmçinin Şəmkir şəhəri Fərman Salmanov adına tam orta ümumtəhsil məktəbinə və Şəmkir şəhəri kimya-biologiya təmayüllü liseyə baş çəkərək tədris prosesi ilə yaxından tanış olub, müəssisələrdə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.