08.05.2025

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Tədbirlərdə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə dövləti və xalqı qarşısında göstərdiyi tarixi xidmətlər, ölkənin rifahi naminə gördüyü misilsiz işlər barədə şagirdlərə ətraflı məlumat verilib. Bildirilib ki, Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrini əhatə edən dövr məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövrdə Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında böyük və sürətli inkişaf yolu keçib.

Bütün fəaliyyəti dövründə elmin, təhsilin inkişafına xüsusi qayğı ilə yanaşan Heydər Əliyevin tərəqqinin yeganə yolunu xalqın maariflənməsində gördüyü şagirdlərin diqqətinə çatdırılıb. Vurğulanıb ki, bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər məhz Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin bəhrələridir.

Tədbirlərdə Ulu Öndərin keçdiyi zəngin həyat yolundan bəhs edən videoçarxlar təqdim olunub. Həmçinin məktəblilər onlara ərmağan edilən müasir, müstəqil Azərbaycanın memarına ehtiram əlaməti olaraq şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.


Açar sözlər: ,  ,