Tovuzda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
"Konstitusiya və Suverenlik İli" çərçivəsində və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Tovuzda uşaq və yeniyetmələr arasında şahmat üzrə tempo turniri təşkil olunub.
Turnirin əsas məqsədi gənc nəslə Vətənə məhəbbət və vətənpərvərlik hisslərini aşılamaq, Ulu Öndər Heydər Əliyevin zəngin irsini tanıtmaqla yanaşı şahmat idman növünün yeniyetmələr arasında təbliği və intellektual inkişafına dəstək göstərməkdir.
Yarış Tovuz Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı, Tovuz rayonu üzrə təhsil sektoru və Tovuz rayonu uşaq-gənclər idman-şahmat məktəbinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Turnir boyu uşaqlar həm öz bacarıqlarını nümayiş etdirib, həm də sağlam rəqabət mühitində intellektual bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.
Yekunda qalib gələn və fərqlənən iştirakçılar təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, bu cür tədbirlər uşaqların həm fiziki, həm də zehni inkişafına töhfə verməklə yanaşı, onların vətənə bağlı, sağlam düşüncəli fərdlər kimi formalaşmasına xidmət edir.