Mayın 6-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Ağstafa rayonunda çalışan müəssisə rəhbərləri ilə görüşüb.
Görüşdə tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, şagird potensialının düzgün qiymətləndirilməsi, tədrisin keyfiyyətinin artırılması, vətəndaş qəbulu mexanizminin təkmilləşdirilməsi məsələləri barədə danışılıb.
Vüqar Dadaşov təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması istiqamətində məktəb valideyn münasibətlərinin tənzimlənməsinin, şagirdlərin cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirilməsinin vacib olduğunu bildirib.