Ağstafa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 3-cü sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada monitorinq imtahanı keçirilib. Monitorinq imtahanında 984 nəfər 3-cü sinif şagirdi iştirak edib.
2 mərkəzdə təşkil edilən monitorinqdə şagirdlərə Azərbaycan dili fənni üzrə 22 qapalı və 3 açıq tipli olmaqla ümumilikdə 25, riyaziyyat fənni üzrə isə 25 qapalı sual təqdim olunub.
Monitorinq imtahanının keçirilməsində əsas məqsəd şagirdlərin ilkin bilik səviyyələrini müəyyən etmək, keyfiyyət göstəricilərini yaxşılaşdırmaqdır.