01.05.2025

Vüqar Dadaşov Tovuz rayounda çalışan müəssisə rəhbərləri ilə görüşüb

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Tovuz rayounda çalışan müəssisə rəhbərləri ilə görüşüb.

Görüşdə tədrisin mövcud vəziyyəti, şagird nailiyyətlərinin ölçülməsi, 4-6-cı siniflər üzrə həyata keçirilən monitorinqlərin nəticələri, şagird potensialının düzgün qiymətləndirilməsi, vətəndaş qəbulu mexanizminin təkmilləşdirilməsi məsələləri barədə danışılıb.

Vüqar Dadaşov təhsil müəssisələrində sağlam pedaqoji mühitin formalaşdırılması istiqamətində məktəb valideyn münasibətlərinin tənzimlənməsinin, şagirdlərin cəmiyyətə faydalı şəxsiyyət kimi yetişdirilməsinin vacib olduğunu bildirib.

Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.

İdarə müdiri həmçinin Tovuz rayonu Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta ümumtəhsil məktəbində yaradılan STEAM mərkəzinə də tanış olub, şagirdlərlə söhbət edib, layihələrlə maraqlanıb.


Açar sözlər: ,  ,