Mayın 1-də Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Tovuz rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib, sektor əməkdaşları ilə tanış olub.
Sonra Tovuz şəhəri 7 nömrəli körpələr evi-uşaq bağçasında olan idarə müdiri bağçanın mövcud vəziyyəti, uşaqların qidalanma rejimi, infrastrukturu ilə yaxından tanış olub.
O, həmçinin Tovuz şəhəri Adil Qasımov adına tam orta ümumtəhsil məktəbinə baş çəkərək tədris prosesi ilə yaxından tanış olub, müəssisədə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.
Daha sonra Tovuz rayonunda yeləşən yeni RTİ-nin inzibati binasına baxış keçirən Vüqar Dadaşov təmir tikinti prosesi ilə yaxından tanış olub.