30.04.2025

6-cı siniflər üzrə milli qiymətləndirməyə hazırlıq məqsədilə görüş təşkil edilib

Ağstafa rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə 6-cı siniflər üzrə milli qiymətləndirməyə hazırlıq məqsədilə görüş təşkil edilib.

Görüşdə Ağstafa rayonu üzrə təhsil sektorunun əməkdaşları, təhsil müəssisələrində çalışan tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinləri, 6-cı siniflərdə dərs deyən Azərbaycan dili, riyaziyyat və təbiət fənn müəllimləri iştirak ediblər.

Görüş zamanı milli qiymətləndirmənin vacibliyi, şagirdlərin hazırlıq vəziyyəti, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə edilib. Təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,