Aprelin 29-da Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov Gədəbəy rayonu üzrə təhsil sektorunun inzibati binasına baxış keçirib, sektor əməkdaşları ilə tanış olub.
Sonra Gədəbəy şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasında olub. Bağçanın mövcud vəziyyəti, infrastrukturu ilə tanış olub.
Daha sonra idarə müdiri Gədəbəy şəhəri İslam Əliyev adına 3 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü liseydə olub. Liseyin sinif otaqları və kitabxanasına baxış keçirib, pedaqoji kollektivlə görüşüb. Müəssisədə şagirdlərin inkişafı, onların nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafı ilə bağlı fikir mübadiləsi aparıb, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində tövsiyələrini verib.
Məlumat üçün bildiririk ki, Azərbaycanın Əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mir Cəlal Əli oğlu Paşayev 1927-1929-cu illərdə Gədəbəy şəhər 3 nömrəli ümumi orta məktəbin direktoru vəzifəsində çalışıb.