29.04.2025

"Hərbi pilotluq necə başlayır?" adlı maarifləndirici tədbir keçirilib

Şəmkir rayonu üzrə təhsil sektorunun və Hərbi Hava Qüvvələrinin “N” saylı Uçuş Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə "Hərbi pilotluq necə başlayır?" adlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Şəmkir rayonu üzrə təhsil sektorunun əməkdaşları, Uçuş Təlim Mərkəzinin pilotları, müəllim və şagirdlər iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra peşəkar hərbi pilotlar çıxış edərək, öz şəxsi təcrübələrini bölüşüblər, hərbi aviasiya sahəsinə marağı olan şagirdlər üçün dəyərli tövsiyələr veriblər.

Tədbirin keçirilməsinin əsas məqsədi, şagirdlərə hərbi pilotluq peşəsi haqqında ətraflı məlumat vermək, bu sahəyə marağı olan gəncləri maarifləndirmək və onların gələcək karyera seçimlərinə dəstək olmaq olub.

Tədbirin sonunda səmada uçuş həyata keçirilib və bu da şagirdlərin böyük marağına səbəb olub.


Açar sözlər: ,