28.04.2025

6-cı sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada monitorinq imtahanı keçirilib

Qazax rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 6-cı sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada monitorinq imtahanı keçirilib.

Şagirdlər 120 dəqiqə ərzində Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və təbiət fənlərindən ibarət 75 sualı cavablandırıblar.

Monitorinq imtahanında Qazax rayon ümumtəhsil məktəblərinin 6-cı sinifləri üzrə 1217 şagird iştirak edib.

Monitorinq imtahanının keçirilməsində əsas məqsəd şagirdlərin ilkin bilik səviyyələrini müəyyən etmək, keyfiyyət göstəricilərini yaxşılaşdırmaq və 6-cı sinif milli qiymətləndirməyə hazırlamaqdır.

Məlumat üçün bildiririk ki, nəticələr məlum olduqdan sonra məktəblərə təqdim ediləcəkdir.


Açar sözlər: ,  ,