28.04.2025

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib

Ağstafa rayonu üzrə təhsil sektoru və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual bilik yarışı keçirilib.

Ağstafa rayonu Alı Mustafayev adına Həsənsu kənd tam orta ümumtəhsil məktəbində təşkil edilən yarışda məktəb direktorları və tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavinlərindən ibarət 33 komanda iştirak edib.

Ümumilikdə iki mərhələdən ibarət olan bilik yarışında hər mərhələdə iştirakçılara 12 sual təqdim olunub.

Yarışın yekun nəticələrinə əsasən Ağstafa rayonu Xanməmməd Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta ümumtəhsil məktəbinin “Dəli Kür” komandası I, Ağstafa rayonu Rafiq Alıcanov adına Köçvəlili kənd tam orta ümumtəhsil məktəbinin “Turan” komandası II, Azər Ələkbərov adına Köçəsgər kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin “Şəfəq” komandası III yerə layiq görülüblər.


Açar sözlər: ,