28.04.2025

8-ci sinif şagirdləri üçün monitorinq keçirilib

Gədəbəy rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin 8-ci siniflərində təhsil alan şagirdlər üçün buraxılış fənləri üzrə mərkəzləşdirilmiş qaydada monitorinq keçirilib.

Monitorinqə Gədəbəy rayon təhsil müəssisələrində təhsil alan 864 nəfər 8-ci sinif şagirdi cəlb edilib. Şagirdlər 180 dəqiqə ərzində tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə ümumilikdə 85 sualı cavablandırıblar.

Monitorinqin keçirilməsində məqsəd ümumi təhsil müəssisələrinin 8-ci sinifləri üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsini yoxlamaq və şagirdlərin təlim nəticələrini təhlil etməkdir.


Açar sözlər: ,